0
Wednesday 17 July 2013 - 02:37

Vəkil üç aydan artıqdır Mövsüm Səmədovla görüşə bilmir

Story Code : 283862
Vəkil üç aydan artıqdır Mövsüm Səmədovla görüşə bilmir
Vəkil üç aydan artıqdır Mövsüm Səmədovla görüşə bilmir
Vəkil Anar Qasımlı bildirib ki, növbəti görüş üçün lazım olan məktubu və orderin surətini Penitensiar Xidmətə göndərib: “Penitensiar Xidmətə zəng vurub, görüş üçün məktubu götürmək istədiyimi dedim. Mənə qəribə bir cavab verdilər. Dedilər ki, biz məktubu ələ vermirik, poçtla göndəririk”.

Vəkil bildirib ki, cəzaçəkmə müəssisələrində tətbiq olunan yeni qaydaya görə, vəkillər hər dəfə müvəkkili ilə görüşmək üçün Penitensiar Xidmətə məktub və vəkillik orderinin surətini göndərməlidir. “Bu isə qanunsuz bir tələbdir. Vəziyyətin aydınlaşdırılması üçün Penitensiar Xidmətin rəisi Mədət Quliyevə göndərdiyim məktuba tutarlı cavab verilməyib. Ümumi olaraq bildirilib ki, vəkillər məhkumlarla görüşmək üçün şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədi təqdim etməlidir”.

Anar Qasımlı bildirib ki, artıq üç aydan artıqdır ki, Mövsüm Səmədovla görüşə bilmir.

Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.
Source : Mediaforum
Comment