QR CodeQR Code

Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının İrana qarşı qərarına veto qoyublar

17 Jul 2013 09:46

IslamTimes - BMT Təhlükəsizlik Şurası İslam Respublikasının ballistik raketləri sınaqdan keçirməklə BMT qətnaməsini pozması haqqında iddiaları əsas götürərək İrana qarşı sanksiyaları artırmaq qərarına gəlib, ancaq Rusiya və Çin bu qərara veto qoyub.


islamtimes.org/az/ - Avstraliyanın ABŞ-dakı səfiri və İrana qarşı sanksiyalar komitəsinin sədri Gari Quinlan Şuranın iclasında deyib ki, komitə üzvlərindən bir qrupu bu görüşdədirlər ki, ballistik raketlərin sınaqdan keçirilməsi açıq şəkildə BMT qətnaməsinin pozulmasıdır və bu səbəbdən də bütün üzv dövlətlər İrana qarşı sanksiyalarını iki qat artırmalıdırlar.

O həmçinin əlavə edərək deyib ki, ola bilər ki, bəzi komitə üzvləri bu fikirdə olmasın.

İran Paneli üzrə Ekspertlərin BMT Təhlükəsizlik Şurasının bütün 15 üzvünün daxil olduğu İrana qarşı sanksiya komitəsi qarşısında verdiyi hesabatda iddia olunar deyilib ki, İran Şahab 1 və 3, Zelzal, Fateh-110 və Tondər raketlərini sınaqdan keçirməklə BMT qətnaməsini pozub.

Reuters-in bazar ertəsi günü verdiyi məlumatda isə deyilir ki, Rusiya və Çin raket sınağının BMT qətnaməsini pozması haqqında fikir ilə razı olmayıblar.

ABŞ-ın BMT-dəki nümayəndəsi Rosemary DiCarlo komitənin İrana qarşı sanksiyanı artıra bilməməsi səbəbindən çox təəssüfləndiyini bildirib.

ABŞ, İsrail və onların bəzi müttəfiqləri dəfələrlə İran ittiham edərək onun gələcəkdə nüvə silahı istehsal etmək qabiliyyətində olacağını bildiriblər.


Story Code: 283903

News Link :
https://www.islamtimes.org/az/news/283903/rusiya-və-çin-bmt-təhlükəsizlik-şurasının-irana-qarşı-qərarına-veto-qoyublar

Islam Times
  https://www.islamtimes.org