0
Wednesday 17 July 2013 - 17:12

19 təşkilat ABŞ-ı cəsusluq səbəbində məhkəməyə verib

Story Code : 284112
19 təşkilat ABŞ-ı cəsusluq səbəbində məhkəməyə verib
19 təşkilat ABŞ-ı cəsusluq səbəbində məhkəməyə verib
Islam times.org/az/ - Aktivist qrupların geniş koalisiyası San Fransisko dövlət məhkəməsinə şikayət edərək qeyri konistitusiyon olan elektron vasitələrdə insanların izlənilməsi proqramına son qoyulmasını tələb ediblər.

Keçən ay amerikalı Edvard Snouden Milli Təhlükəsizlik Agentliyinin həyata keçirdiyi iki əsas cəsusluq proqramı, biri ABŞ telefon danışıq məlumatlarını toplamaq, digəri isə kod adı PRİSM olan amerika vətəndaşları və digər dövlətlərin vətəndaşları tərəfindən istifadə edilən veb xidmətlərin izlənilməsi proqramlarının üstün açaraq beynəlxalq ictimaiyyətə ifşa etdi.

Şikayət ərizəsində deyilir: “İnsanların telefon danışıq məlumatlarını toplamaq şəxslər və ya qruplar arasında olan gizli danışıqların ələ keçirilməsi deməkdir. Bu isə açıq şəkildə qanun pozunutusudur.”

Şikayət ərizəsi Los Angeles Unitar Kilsəsi, Greenpeace, Human Rights Watch və Amerika İslam Ələqləri Şurasını özündə birləşdirən geniş koalisyalar qrupunun adından Elktron Sərhəd Fondu tərəfindən hazırlanmışdır.

Bu qanuni addım ABŞ hökumətini kütləvi cəsusluq proqramı səbəbindən məhkəməyə şikayət edən ən azı dördüncüsüdür.

Elektron gizlilik İnformasiya Mərkəzi, Amerika Sivil Liberal Birliyi və sabiq məhkəmə hakimi olan Larry Klayman Milli Təhlükəsizlik Agentliyini həyata keçirdiyi cəsusluq proqramı səbəbindən məhkəməyə verən qrum və şəxslərdir.
Source : Islamtimes
Comment