0
Saturday 20 July 2013 - 13:44

Sabiq CİA rəhbəri: Artıq dünyanın ABŞ-a etibarı qalmayıb

Story Code : 285029
Sabiq CİA rəhbəri: Artıq dünyanın ABŞ-a etibarı qalmayıb
Sabiq CİA rəhbəri: Artıq dünyanın ABŞ-a etibarı qalmayıb
Islam times.org/az/  - Cümə günü CNN telekanalına müsahibə verən Hayden deyib ki, dünyada mövcud olan digər kəşfiyyat xidmətlərinin artıq ABŞ-ın sirr saxlama qabiliyyətinin olmaması səbəbindən ona etibar etməyəcəklər.

General Hayden deyib: “Bu hələ uzun müddət öz təsirini itirməyəcək.”
O həmçinin həddən artıq yüksək qiymət və əziyyətə başa gəlmiş izləmə proqramının üstünü açan milli təhlükəsizlik agentliyinin işçisi olan Edvard Snoudeni tənqid edib.

CNN-ə müsahibəsində Hayden həmçinin Snoudeni respublika tarixində Amerika sirlərini aşkara çıxaran ən dəyərli informasiyanı ifşa edən adlandırıb.

Hayden daha sonra deyib: “Snouden Amerika kəşfiyyatının ən yüksək dəyərə və həssasiyyətə malik olan NSANET şəbəkəsinin çox gizli məlumatları əlində olduğu halda Çinə qaçdı. Vurulan ziyan o qədər böyükdür ki, milli təhlükəsizlik agentliyi özünün ən təcrübəli və dəyərli zabitini vəzifədən azad etdi.”

Müdafiə rəsmiləri deyib ki, milli təhlükəsizlik agentliyi Snoudenin ifşasından sonra yeni təhlükəsizlik tədbirləri həyata keçirirlər.

Milli təhlükəsizlik agentliyinin rəhbəri Keith Aleksandr deyib ki, agentlik yeni “iki nəfərlik idarə” sistemini tətbiq edir. Belə ki, Snouden kimi hər hansı bir sistem administrator digər mövcud administratorun icazəsi və yaxud məlumatı olmadan gizli məlumatlar giriş imkanı olmayacaq.
Source : Islamtimes
Comment