QR CodeQR Code

Almaniyada ABŞ əleyhinə aksiya

21 Jul 2013 12:55

IslamTimes - Yüzlərlə Almaniya vətəndaşı ABŞ-ın almaniyalılara qarşı casusluq əməliyyatlarına etiraz əlaməti olaraq, aksiya keçirib.


“IslamTimes” “SkyNews” kanalına istinadən xəbər verir ki, yüzlərlə Almaniya vətəndaşı ABŞ-ın almaniyalılara qarşı casusluq əməliyyatlarına etiraz əlaməti olaraq, aksiya keçirib. Etirazçılar Franfurtdakı ABŞ-ın nəzarət mərkəzlərindən biri olduğu ehtimal verilən bir bina qarşısına toplanıblar.
 
Nümayişçilər əllərində rəmzi foto aparat tutmaqla Almaniyada casusluqla məşğul olan ABŞ Milli Təhlükəsizlik Agentliyi mərkəzlərinə etiraz ediblər.
 
Almaniya polisi sözçüsü bildirib ki, aksiyada təqribən 500 nəfərə yaxın vətəndaş iştirak edib. 
 
Təqribən bir ay öncə sabiq CIA əməkdaşı Edvard Snouden İngiltərənin Guardian qəzeti ilə müsahibəsi zamanı ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin casusluq əməliyyatlarını ifşa etmişdi.
 
ABŞ casusluq əməliyyatı çərçivəsində Milli Təhlükəsizlik Agentliyi və FBI-a icazə verir ki, ABŞ vətəndaşları, o cümlədən digər xarici ölkə vətəndaşlarının telefon və internet rabitələrinə nəzarət etsin.


Story Code: 285355

News Link :
https://www.islamtimes.org/az/news/285355/almaniyada-abş-əleyhinə-aksiya

Islam Times
  https://www.islamtimes.org