0
Sunday 21 July 2013 - 14:46

Ərdoğan Bəradeiyə: Sən vitse prezident deyilsən

Story Code : 285396
Ərdoğan Bəradeiyə: Sən vitse prezident deyilsən
Ərdoğan Bəradeiyə: Sən vitse prezident deyilsən
Cümə axşamı günü Türkiyənin ingilis dilli Today’s Zaman qəzeti tərəfindən dərc edilən məlumatda deyilir ki, Erdoğan Misirdəki hərbi çevrilişi kəskin şəkildə tənqid etdikdən sonra əl Bəradei onunla telefon danışığı aparmaq məqsədi ilə məktub göndərib.

Erdoğan isə cavabında əl Bəradeiyə deyib: “Mən niyə səninlə danışıq aparmalıyam? Sən vitse prezident vəzifəsinə seçilməmisən. Sen çevriliş dövləti tərəfindən bu vəzifəyə təyin edilmisən.”

Misir ordu rəhbəri əl Sisi 3 iyul tarixində prezident Mursinin devrilməsini elan etdikdən və Misir ali konistitusiya məhkəməsinin sədri Adil Mənsuru müvəqqəti prezident təyin etdikdən sonra əl Bəradei xarici əlaqələr üzrə vitse prezident təyin etdilər.

Misirin ordu tərəfindən dəstəklənən yeni müvəqqəti hökuməti Ərdoğanın Mursiyə verdiyi dəstəkdən çox qəzəblənib.

Tükiyə baş naziri sözünə davam edərək deyib: “Bizim problemimiz Mursi ilə deyil, ancaq biz Mursini prezident hesab edirik. Biz Misir xalqına olan hörmətimiz səbəbindən Mursini hələ də Misirin prezidenti hesab edirik. Əgər əl Bəradei də prezident seçilsə biz bugün Mursi üçün işlətdiyimiz sözləri onun haqqında da işlədərdik.”

Ərdoğan həmçinin Qərbi Misirdə baş verən hadisələrə düzgün qiymət verməməkdə tənqid edib.
Source : Islamtimes
Comment