0
Tuesday 23 July 2013 - 18:01

Mossad agentləri Lənkərana gəlirlər

Story Code : 286142
Mossad agentləri Lənkərana gəlirlər
Mossad agentləri Lənkərana gəlirlər
UEFA Avropa Liqası çərçivəsində sionist rejimin “Makkabi” futbol klubunu Azərbaycanın “Xəzər Lənkəran” futbol komandası ilə cavab oyunu ilə əlaqədar bu rejimin xüsusi xidmət orqanı olan Mossadın agentləri Lənkərana ezam olunublar.

Bu barədə "virtualaz " saytı sionist rejimin "Sport5" telekanalına istinadən məlumat yayıb.

Sionist rejim tərəfi bu güclü təhlükəsizlik tədbirlərini Lənkəranın İrana yaxınlığı ilə əlaqələndirib.

“Lənkərandan əlini uzatsan, İrana çatar” - deyə sionist rejimin Mossad terror təşkilatının əməkdaşı bildirib.

“Makkabi” ilə “Xəzər Lənkəran” arasında ilk oyun ötən həftə işqal olunmuş Fələstində keçirilib. Azərbaycan komandasının İsrailə səfəri ilə bağlı əvvəlcə problem yaranmışdı. İlk oyun sionist rejimin “Makkabi”nin xeyrinə 2:0 hesabı ilə Azərbaycan Respublikasının Azərbaycanın “Xəzər Lənkəran” futbol komandasının uduzmasıyla başa çatıb.

Məlumata əsasən, sionist rejim Komandasının təhlükəsizliyi ilə bağlı Azərbaycan tərəfi də ciddi tədbirlər görür və oyunla bağlı yerli polis səfərbər olunur. Oyun iyulun 25-də keçiriləcək.
Source : virtualaz
Comment