QR CodeQR Code

İran: “Avropa Birliyinin Hizbullah qərarı qəbuledilməzdir”

24 Jul 2013 12:36

IslamTimes - İran İslam Respublikasının xarici işlər naziri Avropa Birliyinin, Livan Hizbullahının hərbi qolunu özünün sözdə “terrorçular siyahısı”nda yerləşdirməsin sərt reaksiya verib.


“Avropa Birliyinin bəzi nüfuzlu üzvlərinin təzyiqləri ilə həyata keçirilən bu məqsədyönlü hərəkət bütün beynəlxalq siyasi və hüquq normaların ziddinə, təəccübə səbəb və qəbuledilməzdir”, - deyə İran XİN rəhbəri Əli Əkbər Salehi bildirib.
 
Əli Əkbər Salehi qeyd edib ki, təcavüzkarlıq və işğalçılıq əleyhinə mübarizə aparan və Livan hakimiyyətində xalqın birbaşa dəstəyindən yararlanmaqla qanuni iştiraka malik olan bir Müqavimət qrupuna terrorçu etiketinin vurulması, bu hərəkətin məntiqli əsaslarının nə qədər süst olduğunu aydınlaşdırır. /deyerler/


Story Code: 286338

News Link :
https://www.islamtimes.org/az/news/286338/iran-avropa-birliyinin-hizbullah-qərarı-qəbuledilməzdir

Islam Times
  https://www.islamtimes.org