QR CodeQR Code

Yeni Misir İsrailəmi xidmət edir?

25 Jul 2013 04:10

IslamTimes - Misir ordusunun Qəzza ilə sərhəddə yer alan, yanacaq və ərzaq məhsullarının daşınması üçün istifadə olunan tunellərə hücum edib.


Hücum zamanı xeyli məhsulun fələstinlilərdən müsadirə edildiyi bildirilir, - “timeturk”.
 
Eyni zamanda Rəfah keçid məntəqəsinə hücum edən Misir hərbçiləri yüklü maşınlarda da axtarışlar aparıb, bəzi məhsulların qanunsuz daşındığını iddia edərək onları müsadirə edib.
 
Təhlükəsizlik qüvvələri tuneldə mallarını Qəzzaya doğru aparan fələstinlilərə atəş də açıb. Hadisə zamanı ciddi xəsarət alanların olmadığı bildirilir. /Deyerler/


Story Code: 286592

News Link :
https://www.islamtimes.org/az/news/286592/yeni-misir-israiləmi-xidmət-edir

Islam Times
  https://www.islamtimes.org