QR CodeQR Code

Suriyaya 50 milyonluq xəyanət

25 Jul 2013 17:49

IslamTimes - ötən gün sionist İsrail rejiminin radiosu, Səudiyyə Ərəbistanı Krallığı orqanlarının “Suriya müxalifəti”nə göndərmək məqsədi ilə, İsrail ordusundan 50 milyon dollar dəyərində silah satın almaq haqqında razılaşma imzaladığını açıqlayıb.


Radio, İsrail mənbələrinə istinadla razılaşdırılmış silahlar arasında anti-zireh raketləri, maşınlı silahlar, top, yüngül zirehli maşınlar, sursat, ehtiyat hissələri, rabitə cihazları və gecə görüş binokollarının olduğunu söyləyib.
 
Qeyd olunan silahların Suriya ordusunun əlinə keçəcəyi halda işğalçı israil ordusuna təsir edə biləcək qədər müasir olmadığını söyləyən radio, Türkiyə və İordaniyanın bu silahların öz torpaqları üzərindən Suriyaya keçirdiklərini təsdiqləyərək, bu haqda İsrailə raport verdiklərini bildirib.  /azadxeber/


Story Code: 286807

News Link :
https://www.islamtimes.org/az/news/286807/suriyaya-50-milyonluq-xəyanət

Islam Times
  https://www.islamtimes.org