0
Friday 26 July 2013 - 18:24

İsrailli general: "İsraildən Türkiyəyə silah ixracatı heç vaxt dayandırılmadı! '

Story Code : 287081
İsrailli general: "İsraildən Türkiyəyə silah ixracatı heç vaxt dayandırılmadı!
İsrailli general: "İsraildən Türkiyəyə silah ixracatı heç vaxt dayandırılmadı! '
Sionist rejimin çıxan "Haaretz" qəzetinin xəbərinə görə, Sionist İsrail Müdafiə Nazirliyi Xarici Müdafiə Yardım və İxracat İdarəsi (SIBAT) sədri general Şemaya Avieli Türkiyə, Vyetnam, Malayziya və İndoneziya kimi ölkələrin silah bazarları təlabat həcminə görə, "inkişaf etməkdə olan ölkə" statusunda olduqlarını söyləmişdir. Sionist general daha sonra Türkiyə ilə İsrail arasında yaşanan siyasi böhrana toxunaraq, "Türkiyəyə edilən silah ixracatı heç bir zaman dayanmadığı kimi, İsrail dövlətinin maraqları qorunaraq davam etməkdədir. Keçmiş illərdəki ikili əlaqələrin eynilə davam etmədiyi doğrudur. Ancaq rəqəmlərə baxılsa Türkiyəyə edilən silah ixracatı heç bir zaman sıfır olmamışdır",- əlavə etmişdir.

Türkiyəyə silah ixracının böyük bir hissəsinin hələ də davam etməkdə olan köhnə kontraktlar çərçivəsində edildiyini ifadə edən Sionist Müdafiə Nazirliyi Xarici Müdafiə Yardım və İxracat İdarəsi sədri, "Ancaq buna baxmayaraq Türkiyədən yeni silah alımı tələbləri də var və biz də bunları araşdırırıq",- deyə qeyd etmişdir.
Agentliklər
Source : Islamtimes
Comment