QR CodeQR Code

Suriyada terrorçu liderlərindən olan türk yaraqlı öldürüldü

27 Jul 2013 13:35

IslamTimes - Suriya hakimiyyətinə qarşı döyüşən adanalı Əbu Yusuf ləqəbli türk terrorçularının komandiri, Suriya Milli Ordusu tərəfindən məhv edilib.


Azadxeber.net internet qəzeti ABNA-ya istinadən xəbər verir ki, Suriya hakimiyyətinə qarşı döyüşən adanalı Əbu Yusuf ləqəbli türk terrorçularının komandiri, Suriya Milli Ordusu tərəfindən məhv edilib.
 
Həyatı terrorla dolu olan vəhabi yaraqlısı, 2006-2008 illəri arasında Əfqanıstanda döyüşdükdən sonra, 2010-ci ilin yanvar ayında Türkiyədə polis qüvvələri tərəfindən nəzarətə alınıb. Daha sonra Türkiyənin MİT- i ilə əməkdaşlıq edərək, 2012-ci ilin iyun ayında Suriyada qarşıdurma yaratmaq məqsədi ilə, Suriya qiyamına qatılıb. Əbubəkr Aslan, Suriyada Milli Ordu tərəfindən öldürülüb.
 
Hələb hərbi hava limanının keçid yolu olan Şeyx Səid bölgəsində vəhabi yaraqlılarına qarşı aparılan əməliyyatında, 36 xarici ölkə vətəndaşı olan azğın terrorçu məhv edilib.
 
Diyarbəkirli terrorçu Camal Begtaş ilə eyni terror əməliyyatında məhv edilən "Kətibətul Muhacirun" liderlərindən biri olan Əbubəkr Aslanın (Əbu Yusuf), Suriya Milli Ordusu tərəfindən məhv edildikdən sonra çəkilən şəkili yayımlanıb.
 
Qeyd edək ki, azğın yaraqlı olan Əbubəkr Aslan əslən Gaziantepli olub Adana sakini imiş. Oğlunun adı Yusuf olduğuna görə ona Suriyada Əbu Yusuf ləqəbi verilibmiş.


Story Code: 287324

News Link :
https://www.islamtimes.org/az/news/287324/suriyada-terrorçu-liderlərindən-olan-türk-yaraqlı-öldürüldü

Islam Times
  https://www.islamtimes.org