0
Sunday 28 July 2013 - 10:41

Şiələrə bombalı hücum: 57 ölü

Story Code : 287522
Şiələrə bombalı hücum: 57 ölü
Pakistanın şimal-qərbində Paraçınar şəhərində terror hücumu təşkil edilib. Şiələrə edilən hücum zamanı iki bomba partladılıb və nəticədə 57 nəfər ölüb, 167 nəfər isə yaralanıb.
Hücumun məsuliyyətini heç kim boynuna götürməyib. Səlahiyyətlilər isə daha əvvəl də şiələrə qarşı hücum edən radikal vəhabi qrupları günahlandırırlar.  Bir polis zabiti bombalardan birinin motosikletə bağlandığını, o patladıqdan 4-5 dəqiqə sonra ikinci bombanın da partladığını bildirib. /haqqyolu/
Comment