0
Tuesday 30 July 2013 - 09:56

"HƏMAS yenidən İranın yanına qayıdır"

Story Code : 288091
"HƏMAS yenidən İranın yanına qayıdır"
Londonda yayımlanan "Şərqul Əvsət" qəzeti HƏMAS və İran əlaqələrindən yazıb.  Qəzetə görə, ərəb və bəzi müsəlman ölkələrinin səyi ilə İrandan uzaqlaşan HƏMAS təşkilatı Qəzzaya yardımların kəsilməsindən sonra İrana tərəf üz tutub.  Beyrutda Hizbullah və İran təmsilçiləri ilə HƏMAS nümayəndə heyəti görüşüb.  HƏMAS İrandan maliyyə yardımı istədiyi də xəbərdə qeyd edilir.  Görüşdə HƏMAS  tərəfindən Əbu Mərzuk olduğu önə çəkilir.
 
"Şərqul Əvsət" qəzetinə müsahibə verən HƏMAS lideri İsmayıl Haniyənin sözcülərindən olan Əhməd Yusif HƏMAS  və İranın müttəfiq olduğunu və soyuqluğun tezliklə aradan qalxacağını bildirib.
 
Qeyd edək ki, bir neçə gün əvvəl İranın "İmdad Xomeyni" humanitar yardım təşkilatı Qəzzaya yardım gətirmiş, lakin bu yardımlar həmişəki kimi HƏMAS-a deyil "İslami Cihad" təşkilatına təhvil verilmişdi. Dünya mediası bu yardımın hansı yolla Qəzzaya gəlməsiylə bağlı təəccübünü gizlətməmişdi.  /islamazeri/
Comment