QR CodeQR Code

Pakistanda taliblər 300 məhbusu azad ediblər

30 Jul 2013 10:09

IslamTimes - «Təhrik Taliban-i-Pakistan» hərəkatının üzvləri Pakistanın şimal-qərbindəki Dera-İsmayıl-Xan şəhərində həbsxanaya hücum edərək 300-dək məhbusu azad ediblər.


Əvvəlcə silahlılar həbsxananın elektrik enerjisini kəsiblər. Sonra həbsxana hasarı boyunca 15 partlayış həyata keçiriblər, və nəhayət mühafizəni qumbaraatan və pulemyotlardan atəşə tutublar. Həbsxanadan azad edilənlərin arasında 40-dək terrorçu var.  Hücum nəticəsində 4 nəfər yaralanıb. /apa/


Story Code: 288096

News Link :
https://www.islamtimes.org/az/news/288096/pakistanda-taliblər-300-məhbusu-azad-ediblər

Islam Times
  https://www.islamtimes.org