0
Wednesday 31 July 2013 - 16:07

Səudiyyə təhlükəsizlik qüvvələri etirazçıların evlərinə od vurublar

Story Code : 288546
Səudiyyə təhlükəsizlik qüvvələri etirazçıların evlərinə od vurublar
Səudiyyə təhlükəsizlik qüvvələri etirazçıların evlərinə od vurublar
Islam times.org/az/ - Sosial şəbəkələrdə yayılan videoda hadisənin bazar ertəsi günü Səudiyyə təhlükəsizlik qüvvələrinin hüquq müdafiəçisi Abbas Əli Muhəmməd əl Mazranın evinə hücum etdikdən sonra baş verdiyi nümayiş etdirilir.

Verilən məlumata əsasən hadisə nəticəsində bir nəfər yaralanıb.
Abbas əl Mazra Avamiyə və Qatif şəhərlərində anti-hökumət nümayişləri təşkil etməkdə ittiham edilən və krallığın daxili işlər nazirliyi tərəfindən axtarışda olan 23 səudiyyəli fəaldan biridir. Bu fəallardan artıq bir neçəsi həbs edilib.

Səudiyyə təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində Mazranın həbs edilib-edilməməsi haqqında heç bir məlumat verilmir.

2011-ci ilin fevral ayından etibarən Səudiyyə Ərəbistanın Şərq Əyaləti hökumət əleyhinə nümayişlərə şahidlik edir. Etriazçılar siyasi islahatların keçirilməsini, daha çox azadlıq, söz azadlığı və 16 ildən artıq mühakimə edilmədən həbsdə olan siyasi məhbusların azad edilməsini tələb edirlər.

Onlar həmçinin neft ilə zəngin olan ölkədə iqtisadi və dini ayrıseçkiliyi və hökumətin qonşu Bəhreyndə dinc nümayişçilərə qarşı zorakılıqda iştirakını tənqid edirlər.

Səudiyyə Ərəbistanında etriazların və siyasi yığıncaqların hər bir növü qadağan edilib. Aktivistlərin bildirdiyinə görə ölkədə 30 mindən çox siyasi məhbus mövcuddur.
Source : Islamtimes
Comment