QR CodeQR Code

"Qüds günü" Fələstinin İslam ümmətinin qəlbində yer almasına səbəb oldu"

1 Aug 2013 12:41

IslamTimes - "İslami cihad hərəkatı"nın lideri "IslamTimes"-la eksklüziv müsahibəsi zamanı Qüds günündən danışdı.


"IslamTimes" xəbər verir ki, Fələstinin "İslami cihad hərəkatı"nın rəhbərlərindən olan Xızr Həbib imam Xomeyninin (r) uzaqgörənliklə ramazan ayının son cümə gününü Qüds günü olaraq elan etməsinə işarə ilə deyib: "Bu addım göstərir ki, imam Xomeyni (r) sionistlərin fitnələrinin nə qədər təhlükəli olduğunu anlayıb və uyğun qərarı ilə Fələstin məsələsinin İslam ümmətinin qəlbində yer almasına səbəb olub.
 
"İslami cihad hərəkatı"nın lideri "IslamTimes"-la eksklüziv müsahibəsində mərhum imam Xomeyninin uca ruhuna rəhmət diləyərək deyib: "Bu gün Fələstin tarixində mühüm bir gündür. Çünki bu gündə bütün müsəlmanların nəzəri ilk qiblələri və 3-cü hərəmləri yerləşən, sionist rejimin işğalı altında olan, yardım fəryadları ilə dünyaya səslənən Fələstinə yönəlir."
 
O sözlərinin davamında İran İslam Respublikası və bu ölkənin əzəmətli İslam İnqilabını təqdir edib, həmçinin Qüdsün işğalçı sionistlərin caynağından azad olunacağı günədək Fələstin xalqını dəstəkləyəcəyini söz verən İran xalqına təşəkkür edib.


Story Code: 288764

News Link :
https://www.islamtimes.org/az/news/288764/qüds-günü-fələstinin-islam-ümmətinin-qəlbində-yer-almasına-səbəb-oldu

Islam Times
  https://www.islamtimes.org