0
Thursday 1 August 2013 - 21:34

Hicab məhbuslarının işi: apellyasiya instansiyası Ali Məhkəmənin qərarını gözləyir

Story Code : 288921
Hicab məhbuslarının işi: apellyasiya instansiyası Ali Məhkəmənin qərarını gözləyir
Hicab məhbuslarının işi: apellyasiya instansiyası Ali Məhkəmənin qərarını gözləyir
Vəkil Fariz Namazlı deyib ki, proses ilkin baxışdan verilən kassasiya şikayətinə görə dayanıb: “Bakı Apellyasiya Məhkəməsi şikayətə ilkin baxış zamanı qərar verdi ki, proses məhkəmə istintaqı aparılmadan baş tutacaq. Ülfət Qasımlının vəkili isə Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökmdən verilən şikayətə məhkəmə istintaqı qaydasında baxılmasını istəyir. Ona görə də vəkil ilkin baxışdan Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmənin qərarı gələnədək məhkəmə təxirə düşdü”.

Nərimanov Rayon Məhkəməsinin 4 iyunda çıxardığı hökmlə Ruhid Abbasov, Dadaş Vəliyev və Səxavət Quliyevun hər biri 2 il, Aydın Məmmədov 2 il 3 ay, Rauf Qarayevlə Elçin Məmmədovun hər biri 1 il 9 ay, Ülfət Qasımlı isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Dindarlar ötən il oktyabrın 5-i Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasında iştirakına görə tutulublar. Həmin aksiyaya görə 35 nəfər azadlıqdan məhrum edilib.
Source : Mediaforum
Comment