0
Friday 2 August 2013 - 04:58

Amerikalı professor: İslam Respublikasının mövcudluğu İsrailin Yaxın Şərq planının alt-üst edib

Story Code : 289000
Amerikalı professor: İslam Respublikasının mövcudluğu İsrailin Yaxın Şərq planının alt-üst edib
Amerikalı professor: İslam Respublikasının mövcudluğu İsrailin Yaxın Şərq planının alt-üst edib
Islam times.org/az/ - Press TV-yə müsahibə verən professor James Fetzer deyib: “İran nüvə yayılmama razılığını imzalayıb. İran Nüvə Enerjisi üzrə Beynəlxalq Atom Agentliyinin inspektorlarına öz nüvə obyektlərində araşdırmalar aparmağa icazə verib. İran komitə üçün tam layiqli namizəddir. İran komitədə mütləq təmsil edilməlidir.”

Çərşənbə axşamı günü İranın BMT-dəki missiyasının sözçüsü elan edərək bildirib ki, İsrail rejiminin müxalif olmasına baxmayaraq Tehran BMT Baş Assambleyasının 68-ci sessiyasının birinci komitəsinə məruzəçi seçilmək üçün namizədliyini irəli sürəcək.

BMT komitəsinin 193 üzvü tərkislah və qlobal təhlükəsizlik məsələləri ilə məşğul olurlar.

Fetzer deyib: “Bu İran üçün ən layiqli təyinat ola bilər. İsrailin etirazının heç bir əsası yoxdur.”

O daha sonra deyib ki, İran mövcudluğu İsrailin Yaxın Şərq planının alt-üst edib.
Fetzer deyib: “Açıq-aydın görünür ki, İsrail Yaxın Şərqdə tam hegamon olmaq istəyir, ancaq İranın regionda mövcud olması və onun regiondakı nüfuzu İsrailin bu planlarını boşa çıxarıb.”

Fetzer həmçinin 2007-ci il ABŞ Milli Kəşfiyyat İdarəsinin İranın nüvə silahı ardınca olmadığı haqqında hesabatına toxunmuş və demişdir ki, bütün araşdırmalar sübut edir ki, İranın nüvə enerji proqramı dinc xarakter daşıyır.

16 ABŞ milli kəşfiyyat idarəsi tərəfindən hazırlanan hesabatda yüksək əminliklə deyilir ki, İranın nüvə enerji proqramı dinc xarakter daşıyır.
Source : Islamtimes
Comment