0
Saturday 3 August 2013 - 11:38

Azərbaycan Ordusunun əsgəri dünyasını dəyişib

Story Code : 289322
Azərbaycan Ordusunun əsgəri dünyasını dəyişib
APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
 
Həmin hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Bayramov Rövşən Mirkərim oğlu xəstəlikdən dünyasını dəyişib. Onun ölümünə kəskin ürək çatışmazlığı səbəb olub.
 
Əsgər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya fakt təsdiqlənib.
Comment