0
Sunday 4 August 2013 - 16:11

Yaponiyada ABŞ əleyhinə oturaq etiraz aksiyası keçirilib

Story Code : 289685
Yaponiyada ABŞ əleyhinə oturaq etiraz aksiyası keçirilib
200-ə yaxın insanın iştirak etdiyi oturaq aksiya polis tərəfindən dağıdılıb. ABŞ Yaponiyadakı bazalarda 36 konvertoplan yerləşdirməyi planlaşdırır.  Son məlumata görə, bu 36 konvertoplanlardan 2-si artıq Okinava istiqamətinə yola düşüb.
 
Xatırladaq ki, keçən ilin oktyabrında amerikalı hərbçilər "MV-22 Osprey" konvertoplanlarının Futemma bazasına köçürülməsinə başlayanda, yerli əhalinin və əyalət rəhbərliyinin etirazları ilə üz-üzə qalmalı olmuşdular.
 
 Həm sakinlər, həm də Okinavanın valisi Hirokadzu Nakaima konvertoplanların istifadəsinin nə qədər təhlükəsiz olduğuna şübhə ilə yanaşaraq onların yerləşdirilməsinin kəskin əleyhinədir.  /islamazeri/
Comment