0
Friday 2 August 2013 - 13:41

Ruhani, Əhmədinejad: İsrail yer üzündən silinməlidir

Story Code : 289769
Ruhani, Əhmədinejad: İsrail yer üzündən silinməlidir
Ruhani, Əhmədinejad: İsrail yer üzündən silinməlidir
Prezidentlik kürsüsünü təhvil verən Məhmud Əhmədinejad isə deyib ki, sionizmin kökü regiondan kəsilməlidir.

Qüds Günün münasibəti ilə təşkil edilmiş nümayişlərdə istirak edən Ruhani deyib: “Sionist rejimi uzun illərdir ki, müsəlman dünyasının bədəninə vurulmuş bir yaradır və tez bir zamanda təmizlənməlidir.”
Sionist rejimi və Fələstin hökuməti arasında olan sülh danışıqlarına toxunan Ruhani deyib ki, İsrail güzəştlərinin əvəzi olaraq Fələstin xalqına qarşı öz təcavüzkar siyasətini davam etdirir.
O deyib: “Danışıqlar İsraili özünü sülhsevər göstərməsi üçün çox yaxşı fürsət yaradır.”O bu açıqlamanı and içmə mərasimindən bir gün əvvəl etdi.

Əhmədinejat isə öz növbəsində sonuncu çıxışı zamanı İsraili xəbərdarlıq edərək bildirib ki, tezliklə regionda sionizmin kökünün kəsəcək bir fırtına baş verəcək.

Əhmədinejad deyib: “Qoy Allah şahidim olsun ki, mən sizə sionizmin kökünü regiondan kəsəcək böyük dağıdıcı bir fırtına söz verirəm və İsrail rejiminə bu regionda yer yoxdur.”
Source : Islamtimes
Comment