0
Monday 5 August 2013 - 01:27

ABŞ vətəndaşlarını əl Qaidə hücumları haqqında xəbərdar edib

Story Code : 289776
ABŞ vətəndaşlarını əl Qaidə hücumları haqqında xəbərdar edib
ABŞ vətəndaşlarını əl Qaidə hücumları haqqında xəbərdar edib
Islam times.org/az/ - Departament rəsmisi cümə günü deyib: “Halhazırkı məlumata əsasən əl Qaidə və ona bağlı qruplar həm regionda , həm də kənarda terror hücumları planlaşdırırlar və ola bilər ki, bu hücumlar avqustun sonuna qədər baş həyata keçirilsin.”

Amerikalılar ictimai nəqliyyat vasitələrində və digər turizm zonasında baş verə biləcək mümkün hücum haqqında xəbərdar ediliblər.

Departamentin bəyanatında deyilir: “Amerika vətəndaşları səyahət edərkən çox diqqətli olmalı və özlərini müdafiə etmək əvvəlcədən xüsusi tədbirlər görməlidirlər.”

Bu xəbərdarlıq ABŞ-ın bazar günü dünyanın bir sıra dövlətlərində mövcud olan konsul və səfirliklərin bağlanacağı haqqında məlumat verməsindən bir gün sonra edildi.

Dövlət departamenti sözçüsünün müavini Marie Harf deyib ki, səfirlik və konsulluqların bağlanması haqqında qərar heç bir hücum təhlükəsi ilə əlaqədar deyil.

Konqres kəşfiyyat komitəsinin üzvü olan demokrat Ruppersberger departamentin bu narahatçılıq səbəbindən xalqı xəbərdar etməsi qərarını dəstəkləyib.

O deyib: “Bu məlumat sadəcə dedi-qodu vasitəsi ilə ələ gətirlən məlumat deyil, bu kəşfiyyat məlumatıdır. Bu səbəbdən də vətəndaşlarımız və bizim müttəfiqlərimiz ehtiyyatlı olmalıdırlar.”
Source : Islamtimes
Comment