QR CodeQR Code

Çox mühüm xəbər :

SƏUDİYYƏ DÖVLƏTİ VƏ SİONİST REJİMİ ARASINDA GİZLİ ƏLAQƏLƏR

23 Jun 2010 00:37

Sionist rejimi Səudiyyə Ərəbistanın şimal qərbində hərbi baza yerləşdirir.


Islamtimes: Sionist rejimi hərbi qüvvələri məntəqə ölkələrinə ehtimali hücum məqsədi ilə Səudiyyə Ərəbistanın şimal qərbində hərbi baza yerləşdirmişdir.

Islamtimes-in şahidlərə əsasən əldə etdiyi məlumata əsasən son bir neçə gün ərzində sionist rejimi təyyarələri Səudiyyə Ərəbistanın Təbuk şəhərinin 9 k-metirliyində yerləşən beynəlxalq aeroportunda enmiş və bir neçə sionist hərbiçisi hərbi sursatla yanaşı təyyarələrdən enmişdir.

Ərəbistan hava yolları idarəsinin verdiyi məlumata əsasən ötən həftənin çümə və şənbə günləri (18-19 iyun 2010) daxili və xarici uçuşlar ləğv edilmişdir.

Bəzi mənbələr bu uçuşların ləğv edilməsini sionist rejimi hərbi təyyarələrinin gəlməsi ilə əlaqəli olduğunu qeyd etmişdir.

Qeyd etmək lazımdır ki, Ərəbistan hava yolları idarəsinin məsul şəxsləri və o cümlədən Təbuk aeroportu rəhbərliyi bu barədə heç bir açıqlama verməmişdir.

Cəddə-Təbuk hava xətti müsafirlərinin birinin dediklərinə əsasən aeroport məsul şəxsləri müsafirlərin qəzəbinin qarşısını almaq məqsədi ilə müsafirləri dörd ulduzlu otellərə yerləşdirmiş və bütün xərcləri dövlət tərəfindən ödəniləcəyini bildirmişlər.


Story Code: 28980

News Link :
https://www.islamtimes.org/az/news/28980/səudiyyə-dövləti-və-sionist-rejimi-arasinda-gizli-əlaqələr

Islam Times
  https://www.islamtimes.org