0
Monday 5 August 2013 - 07:27

Riyad və Ankara əl Qaidədən Suriya Kürdlərinə qarşı müharibə elan etməsini tələb ediblər

Story Code : 289807
Riyad və Ankara əl Qaidədən Suriya Kürdlərinə qarşı müharibə elan etməsini tələb ediblər
Riyad və Ankara əl Qaidədən Suriya Kürdlərinə qarşı müharibə elan etməsini tələb ediblər
Islam times.org/az/ - Ərəb dilli Əl Vətən qəzetinin verdiyi məlumata əsasən əl Qaidə terror qrupuna bağlı olan əl Nusra və Şam və İraq İslam Əmirlyi terror qrupları Səudiyyə Ərəbistanı və Türkiyə hökumətindən lazımi tapşırıq aldıqdan sonra artıq Hələbdə yerləşən Kürd regionuna hücum ediblər.

Suriya kürdlərinə qarşı hücum Suriya milli koalisiyasının rəhbəri Əhməd Carbanın kürd nümayəndələrinin keçiriləcək Cenevrə 2 konfransında iştirak etməsini bildirdikdən sonra baş verdi.

Keçən ay tanınmış kürd siyasətçisi qətlə yetirildikdən sonra Suriyanın əsas Kürd partiyası bəyanat yayaraq ölkədəki ekstremist üsyançılara qarşı mübarizəyə səsləmişdir.

Bəyanatda deyilir: “Biz Kürd xalqından ayağa qalxmağı tələb edirik. Əli silah tutmağı bacaran hər bi kəs ayağa qalxaraq Kürd xalqını müdafiə etməli və bu silahlı ekstremist üsyançılara qarşı mübarizə aparmalıdır.”

Bəyanatda həmçinin ölkədə mövcud olan və xaricdən dəstək alan Suriya milli koalisiyası və azad suriya ordusu da kəskin şəkildə tənqid edilib.

Bəyanatda deyilir: “Bizim təkrar çağırışlarımıza baxmayaraq bu qruplar hələ də aydın mövqe seçə bilməyiblər.”
21 İyul tarixində Kürd döyüşçülər əl Qaidəyə bağlı qruplar tərəfindən nəzarət edilən keçid məntəqəsini və onların xeyli silah-sursatını ələ keçirmişdir.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Xaricdən dəstək alan silahlı üsyançılar münaqişə zamanı ordu və təhlükəsizlik qüvvələri də daxil olamqla xeyli sayda dinc insanı qətlə yeitiriblər.
Source : Islamtimes
Comment