QR CodeQR Code

Qondarma erməni soyqırımı yenidən ABŞ Konqresində

7 Aug 2013 11:50

IslamTimes - ABŞ Konqresində yenidən qondarma erməni soyqırımı məsələsi gündəmə gələ bilər.


Erməni mətbuatına istinadla verdiyi məlumata görə, bir qrup konqresmen qondarma soyqırımın tanınması üçün təşəbbüs qaldırıblar.
 
Amerika ermənilərinin Milli Komitəsinin (ANCA) məlumatına görə, uydurma soyqırımı dəstəkləyən konqresmenlər arasında Eliot Enqel, Skot Harrett, Raş Holl, Stiv İzrael, Nita Loui, Devin Nyuns, Bred Şerman, Kris van Hollen,Henri Vaksman və başqaları var.
 
Qeyd edək ki, erməni lobbisi dəfələrlə qondarma erməni soyqırımı məsələsinə ABŞ Konqresində "soyqırım” kimi tanınmasına dair qətnamə layihəsini təqdim edib. Türkiyənin apardığı güclü lobbi fəaliyyətləri sayəsində layihə gündəliyə çıxarılmayıb. 


Story Code: 290480

News Link :
https://www.islamtimes.org/az/news/290480/qondarma-erməni-soyqırımı-yenidən-abş-konqresində

Islam Times
  https://www.islamtimes.org