0
Thursday 8 August 2013 - 07:41

ABŞ prezidenti Putin ilə görüşməyəcək

Story Code : 290781
ABŞ prezidenti Putin ilə görüşməyəcək
Buna səbəb, Rusiyada keçmiş MKİ əməkdaşı Edvard Snaudenə sığınacaq verilməsindən sonra yaranmış gərginlikdir.
 
Deyerler.org-un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Ağ Evdən bildirilib ki, ABŞ ilə Rusiya arasında Snaudenin bu ölkəyə qaytarılması ilə əlaqədar heç bir irəliləyiş olmadığından Obama ilə Putin arasında görüş baş tutmayacaq.
 
Eyni zamanda Ağ Evdən bildirilib ki, rusiya ilə əməkdaşlıq ABŞ-ın preoriteti olaraq qalmaqdadır.
 
Bununla yanaşı, Ağ Evdən bildirilib ki, Obama bu ilin sentyabrında “Böyük İyirmilik” zirvəsində iştirak etmək üçün Sankt-Peterburqda olacaq.
Comment