0
Thursday 8 August 2013 - 14:48

Səudiyyə Ərəbistanından Rusiyaya ŞOK təkliflər

Story Code : 290896
Səudiyyə Ərəbistanından Rusiyaya ŞOK təkliflər
Səudiyyə Ərəbistanı Rusiyaya bir sıra stimullaşdırıcı iqtisadi təkliflər, özəlliklə silah tədarükünə dair iri müqavilə, eləcə də təbii qaz müqaviləsinə dair sövdələşməni ləğv etməməyi boyun alır. Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu, təkliflər qarşılığında Rusiya Suriyadakı rejimin başçısı Bəşər Əsədi dəstəkləməkdən imtina etməlidir.
 
Bu haqda məlumatı «Röyter» agentliyi Yaxın Şərq və qərbdəki diplomatik qaynaqlara istinadən yayıb.
 
Bəhs etdiyimiz təklif Səudiyyə Ərəbistanı kəşfiyyatının başçısı şahzadə Bəndər bin-Sultanın prezident Vladimir Putinlə görüşündə irəli sürülüb.
 
Məlumata əsasən, Bəndərlə Putin arasında danışıqlar 4 saat sürüb. Prezident Putinin mətbuat katibi Dmitri Pesko, eləcə də Səudiyyə Ərəbistanının xarici İşlər Nazirliyi bu informasiyanın hələ ki şərh etməyib.
Comment