0
Saturday 10 August 2013 - 11:39

Con Kerri və Sergey Lavrovun Suriya ilə bağlı danışıqları nəticəsiz olub

Story Code : 291233
Con Kerri və Sergey Lavrovun Suriya ilə bağlı danışıqları nəticəsiz olub
ABŞ-da səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov bu ölkənin dövlət katibi Con Kerri ilə danışıqlar aparıb.
 
“Reuters”in verdiyi xəbərə görə, danışıqların mövzusu Suriya münaqişəsinin siyasi yolla həlli istiqamətləri olub.
 
Bildirək ki, iki ölkənin qarşılıqlı gərgin əlaqələri Suriya mövzusunda da özünü göstərib. Belə ki, tərəflər Suriya münaqişəsinin həlli ilə bağlı yeni irəliləyiş əldə etməyiblər. Danışıqlarda yalnız “Cenevrə-2” konfransının keçirilməsinin vacib olduğu vurğulanıb. /haqqyolu/
Comment