0
Sunday 11 August 2013 - 14:48

İşğalçı İsrailin baş naziri əməliyyat üçün təcili xəstəxanaya aparılıb

Story Code : 291434
İşğalçı İsrailin baş naziri əməliyyat üçün təcili xəstəxanaya aparılıb
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Netanyahunun şəxsi həkimi ona “mədə dəbəliyi” diaqnozu qoyub.   
 
Müvafiq müayinələrdən sonra həkimlər əməliyyat etməyə qərar veriblər. Bir saatlıq əməliyyat yerli (lokal) narkoz altında aparılması planlaşdırılır. Məlumata görə, ümumi narkoz tətbiq olunacağı təqdirdə baş nazirin səlahiyyətlərini müvəqqəti müdafiə naziri Moşe Yaalon icra edəcək.
 
Netanyahunun xəstəxanadan buraxılması artıq avqustun 11-də günün ikinci yarısında gözlənilir.
Comment