0
Sunday 11 August 2013 - 15:25

Putin Həsən Ruhani ilə görüşəcək

Story Code : 291452
Putin Həsən Ruhani ilə görüşəcək
Rəsmi Kreml İran və Rusiya prezidentləri arasında gələn ay görüş keçirilməsi barədə razılıq verib. APA-nın “Press TV”yə istinadən verdiyi məlumatına görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun açıqlamasında bildirilib.

Onun sözlərinə görə, Vladimir Putinlə Həsən Ruhani arasında görüşün Qırğızıstanın paytaxtı Bişkek şəhərində təşkil ediləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) liderlərinin zirvəsinin toplantısı çərçivəsində keçirilməsi qərara alınıb.

Qeyd edək ki, ŞƏT liderlərinin zirvəsinin toplantısı bu il sentyabrın 13-də keçiriləcək.
Comment