QR CodeQR Code

ABŞ açıq şəkildə terrorizmi dəstəkləyir

13 Aug 2013 08:59

IslamTimes - ABŞ Əl-Qaidə terror təşkilatı üzvlərindən ibarət Suriya müxalifətinin Beynəlxalq yardım fonduna 15 mln. dollar köçürüb.


APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Obama administrasiyası Konqresi bilgiləndirib ki, bu vəsait üsyançıların ələ keçirdiyi ərazilərdə idarəetmə strukturlarının yaradılmasına, dağıdılmış infrastrukturun bərpasına, habelə ərzaq və ilkin tələbat mallarının alınmasına xərclənəcək.
 
Qeyd edək ki, Suriya müxalifətinin Beynəlxalq yardım fondu Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və digər dövlətlər tərəfindən təsis olunub.

Assosiated Press-in məlumatına görə, Suriyada ağlasığmaz cinayətlərə yol verən, özünü Suriya müxalifəti adlandıran terroristlərin yardım fondunun maliyyəsi 130 mln. dollardan çox olacaq.


Story Code: 291867

News Link :
https://www.islamtimes.org/az/news/291867/abş-açıq-şəkildə-terrorizmi-dəstəkləyir

Islam Times
  https://www.islamtimes.org