0
Tuesday 13 August 2013 - 11:30

Milli Şura ümumrespublika mitinqi üçün dörd yer istəyib

Story Code : 291940
Milli Şura ümumrespublika mitinqi üçün dörd yer istəyib
Bu barədə Modern.az-a Milli Şuranın üzvü, Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, mitinqlə bağlı müraciət artıq Bakı merinə təqdim edilib.

G.Aslanlı həmçinin bildirib ki, Milli Şura mitinq üçün H.Abutalıbovda 4 yer istəyib.
 
“Milli Şura mitinqin keçirilməsi üçün 4 yer təklif edib. Mitinqi “Nərimanov” metrosunun qarşısı, “Dərnəgül” metrosunun qarşısındakı meydan, “Təbriz” kinoteatrının qarşısına keçirməyi təklif etmişik”-deyə bildirən MŞ üzvü icazəsiz mitinq keçirməyəcəklərini açıqlayıb.
 
“İndiki halda Milli Şura yalnız razılaşdırılmış mitinq keçirməyi qərara alıb. “20-ci sahə”ni təklif etsələr çox güman ki, orada mitinq keçirəcəyik”.
 
Qeyd edək ki, Milli Şuranın ötən gün keçirilən gərgin iclasında avqustun 18-də saat 17:00-da ümumjrespublika mitinqinin keçirilməsinə qərar verilib.
Comment