0
Wednesday 14 August 2013 - 08:35

Misirdə baş vermiş toqquşmalarda ölən və yaralananlar var

Story Code : 292253
Misirdə baş vermiş toqquşmalarda ölən və yaralananlar var
APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, “Müsəlman qardaşlar” hərəkatının nümayəndələrinin açıqlamasında qeyd olunur ki, polis işçisinin etirazçılara açdığı atəş nəticəsində azı 5 hərəkat üzvü yaralanıb. Agentlik həmçinin toqquşmalarda bir Mursi tərəfdarının öldürüldüyünü qeyd edir.  
 
Qeyd edək ki, avqustun 12-də Misir hakimiyyəti Mursi barəsində seçilmiş həbs qəti-imkan tədbirini əlavə 15 sutka müddətinə artırıb. Həbs müddətinin artırılması Baş Prokurorluğun Fələstinin “Həmas” hərəkatı ilə sövdələşmə faktının istintaqı çərçivəsində baş verib.
Comment