0
Monday 12 August 2013 - 23:02

Sabiq ABŞ səfiri: Səudiyyə Ərəbistanı İraqda baş verən zorakılığa sponsurluq edir

Story Code : 292285
Sabiq ABŞ səfiri: Səudiyyə Ərəbistanı İraqda baş verən zorakılığa sponsurluq edir
Islam times.org/az/ - 2009-cu ildə İraqın qonşuları ilə münasibəti haqqında Ağ Evə gizli teleqram göndərən Hill deyib: “Səudiyyə Ərəbistanı İraqın ən böyük düşmənidir və stabil və müstəqil hökumət qurmaq istəyən İraq siyasətçiləri qarşısında xeyli problemlər yaradır.”

O həmçinin vurğulayaraq bildirib ki, Riyad əl Qaidənin İraqdakı terror hücumlarına sponsurluq edir.
Teleqramda həmçinin deyilir ki, Səudiyyə Ərəbistanı İraqda baş verən məzhəbi münaqişələrə dəstək verir və din rəhbərlərinə digər məzhəbin ardıcıllarını qətlə yetirmək haqqında fərman verməsi üçün təziqlər edir.

Hill həmçinin qeyd edərək deyib ki, kəşfiyyat mənbələri bildirdiyinə görə Səudiyyə Ərəbistanın əsas hədəfi baş nazir Nuri əl Malikinin hökumətini devirməkdir.

İraq bu ilin əvvəllərindən etibarən münaqişə və zorakılıq ilə üz-üzədir.
Şənbə günü İraq ətrafında və əsasən də paytaxt Bağdadda baş verən sonuncu partlayış nəticəsində 60 nəfər həlak olmuş və 200-dən çox insan isə yaralanmışdır.

İraq rəsmilərinin dediyinə görə doqquz partlayış hadisəsi əsasən Fitr bayramını qeyd edən Şiə məhəlləsində baş verib.
1 Avqust tarixində BMT bəyan edərək bildirib ki, iyul ayında İraqda terror hücumu və zorakılıq nəticəsində 1057 nəfər həlak olmuş və 2326 nəfər isə yaralanmışdır.

2013-cü ildə İraqda baş verən terror hücumu nəticəsində 4000-dən çox insan həlak olmuşdur.
Source : Islamtimes
Comment