0
Monday 12 August 2013 - 23:37

Rusiya: İran Suriya münaqişəsinin həll edilməsinə kömək edə bilər

Story Code : 292303
Rusiya: İran Suriya münaqişəsinin həll edilməsinə kömək edə bilər
Rusiya: İran Suriya münaqişəsinin həll edilməsinə kömək edə bilər
Bazar ertəsi günü İnterfax xəbər agnetliyinə ekskluziv müsahibə verən Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov deyib ki, Rusiya ABŞ ilə beynəlxalq konfransda İranın iştirakı məsələsini müzakirə etməyi planlaşdırır.

O əlavə edərək deyib ki, Cenevrə 2 sülh konfransı yalnız sentyabr ayından sonra təşkil edilə bilər.

Qatilov deyib: “Çətin ki, konfrans sentyabr ayında baş tutsun, çünki bu ayda BMT Baş Assambleyası nazirlərinin görüşü var.”

Rusiyalı diplomat həmçinin deyib ki, onun ölkəsi konfransını tez bir zamanda həyata keçirilməsini istəyir.

O deyib: “Ancaq biz foruma təsir edə biləcək real şəraiti nəzərə almalıyıq və ABŞ və Rusiya rəsmiləri avqust ayının sonlarında görüşərək Cenevrə 2 konfransına hazırlığın təfərrüatları haqqında müzakirələr aparacaqlar.”

5 İyul tarixində Qatilov deyib ki, Moskva ümid edir ki, Suriyada mövcud olan bütün tərəflərlə yanaşı İran da daxil olmaqla region dövlətləri Suriya münaqişəsinin həll istiqamətində təşkil ediləcək Cenevrə 2 konfransına qatılacaqlar.

5 İyun tarixində Rusiya xarici işlər nazirliyi Moskvanın İranın Cenevrə 2 konfransında iştirak təklifini bir daha dilə gətirmişdir.

Rusiya xarici işlər nazirinin müavini Baqdanov Vaşinqtonun İranı sülh konfransına dəvət etməyin əleyhinə olduğunu təsdiq etmiş və demişdir ki, İranın Cenevrə 1 sülh konfransında iştirak etməməsi bir səhv idi və gərək bu bir daha təkrarlanmaya.
Source : Islamtimes
Comment