0
Friday 16 August 2013 - 00:07

Stephan Lendman: ABŞ-ın İrana qarşı təziqlərinin arxasında İsrail lobbisi durur

Story Code : 292914
Stephan Lendman:  ABŞ-ın İrana qarşı təziqlərinin arxasında İsrail lobbisi durur
Stephan Lendman: ABŞ-ın İrana qarşı təziqlərinin arxasında İsrail lobbisi durur
Çərşənbə günü jurnalistlərə müsahibə verən siyasi şərhçi deyib: “Ssenarinin arxasında İsrail durur. Sionist İsrail İsrail lobbisi vasitəsilə ABŞ hökumətində kimin hakimiyyətdə olmasından asılı olmayaraq təziq edərək heç bir səbəb belə olmasada İranı siyasi və iqtisadi baxımdan hədəfə almağa məcbur edir.”

Lendman deyib: “İran onun kimi eyni nüvə enerji proqramına sahib olan dövlətlərdən fərqli olaraq daha çox təziq və təhdidlərə tuş gəlir. Niyə İrana qarşı bu cür hərəkət edirlər? Niyə İran ilə digər dövlətlərdən fərqli şəkildə davranılmalıdır?”

O sual edərək soruşub ki, niyə dünyanın digər dövlətləri ilə müqayisədə daha çox nüvə başlıqlarına sahib olan İsrailin beynəlxalq qanunları pozmasına icazə verilir və göz yumulur.

Lendman bu açıqlamanı Beynəlxalq Böhran Qrupu yeni hesabat dərc edərək ABŞ-dan İranın nüvə enerji proqramı üzərində yaranmış problemi həll etmək üçün daha yumşaq mövqe göstərməsini tələb etdikdən sonra bəyan etdi.

O deyib: “Beynəlxalq Böhran Qrupu əsaslı şəkildə inanır ki, İran ilə güzəştli şəkildə danışılmalıdır, çünki bu ölkənin yeni prezidenti və yeni hökuməti var.”

Lendman deyib: “İran normal bir ölkədir. O normal şəkildə fəaliyyət göstərir. O hər şeyi qanun çərçivəsində edir. O digər ölkələrin dövlət proqramları ilə davranıldığı kimi bu ölkənin də proqramları ilə o tərzdə davranılmasını tam haqq edir.”

Siyasi şərhçi sonda deyib: “Əgər İran və yaxud digər dövlət qanunu və yaxud beynəlxalq qanunu pozarsa, bu zaman tənqid və təziq edilə bilər. Ancaq İran hər hansı bir beynəlxalq qanunu pozduğu haqqında heş bir dəlil və sübut yoxdur.”
Source : Islamtimes
Comment