0
Friday 16 August 2013 - 14:16

Tale Bağırovun sürücüsünə 19 ay həbs cəzası

Story Code : 293043
Anar Məlikov
Anar Məlikov
Martın 31-də ilahiyyatçı Hacı Tale Bağırovla birlikdə həbs olunmuş sürücüsü Anar Məlikov 19 ay azadlıqdan məhrum edilib. Sabunçu Rayon Məhkəməsində Anar Məlikova hökm oxunub. O, cəzasını ümumi tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Anar Məlikovun vəkili Bəxtiyar Hacıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, məhkəmədə A.Məlikov özünü təqsirli bilməyib. A.Məlikov bildirib ki, “Makarov” tipli tapança və silah onun üzərində olmayıb: “Ekspertiza nəticəsinə görə silahın üzərində Anar Məlikovun əl izi olmayıb. Yəni əslində ekspertiza nəticələri Anar Məlikova qarşı ittihamın ləğv olunmasını tələb edirdi. Ancaq buna baxmayaraq, dövlət ittihamçısı ona 2 il 9 ay həbs cəzası istədi, hər iki maddə ilə təqsirləndirilərək”.
Vəkil deyir ki, istintaq Anar Məlikovu 228.1 (odlu silah) və 228.4 (soyuq silah saxlama) maddəsi ilə ittiham edib. Ancaq Anar Məlikovun üzərindən tapıldığı iddia olunan silahda onun barmaq izlərinə rast gəlinməyib. Lakin buna baxmayaraq istintaq və məhkəmə A.Məlikovun üzərindən tapıldığı iddia olunan tapançanın və maşından çıxan bıçağın ona məxsus olduğunu təsdiqləyib: “Tapançada Anar Məlikovun barmaq izləri tapılmadı. Polis əməkdaşları bildirdilər ki, silahı Anar özü təqdim edib, amma buna baxmayaraq onun üzərində barmaq izi yoxdur”.
B.Hacıyev bildirdi ki. hazırda müdafiə tərəfi məhkəmə qərarından apelyasiya şikayəti hazırlayır. Yaxın günlərdə şikayət Bakı Apelyasiya Məhkəməsinə təqdim olunacaq.
Source : Hicab.org
Comment