0
Friday 16 August 2013 - 07:50

Məhbus bloqçunun həyat yoldaşı: “Rəşadın ürəyində ağrıları artıb, dişləri, saçı tökülür”

Story Code : 293416
Məhbus bloqçunun həyat yoldaşı: “Rəşadın ürəyində ağrıları artıb, dişləri, saçı tökülür”
Məhbus bloqçunun həyat yoldaşı: “Rəşadın ürəyində ağrıları artıb, dişləri, saçı tökülür”
Rəşad Ramazanovun xanımı Könül İsmayılova deyib ki, həyat yoldaşı həbs olunandan cəmi bir dəfə – mayın 25-də onunla görüşüb. Sonrakı aylarda ona yoldaşı ilə görüşməyə icazə verilməyib: “Daima bildiriblər ki, istintaq getdiyi üçün görüşə icazə verilmir. Rəşadla yalnız telefonla əlaqə saxlayırıq. Həftədə iki dəfə mənə zəng edir”.

Könül İsmayılova vurğulayıb ki, Rəşadın səhhətində ciddi problemlər var, ürəyində ağrıları artıb, dişləri, saçı tökülür: “O, kamerada havasızlıqdan əziyyət çəkir”.

Rəşad Ramazanovu (Rəşad Həqiqət Ağəddin) mayın 9-da şərlənərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi saxlayıb. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaq və satmaq) maddəsi ilə ittiham irəli sürülüb. Bloqçu haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasında saxlanır.

Rəşad Ramazanovun istintaqı ayın 7-də yekunlaşıb, iş Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Source : Mediaforum
Comment