QR CodeQR Code

Sorğu: İsraillilərin 80%-i Fələstin ilə sülhün qeyri mümkün olduğunu hesab edir

Islamtimes , 17 Aug 2013 10:20

Islamtimes - Yenicə təşkil edilmiş sorğu nəticəsində məlum olub ki, İsrailin yəhudi əhalisinin təxminən 80%-i hesab edir ki, Fələstin xalqı ilə sülh müqaviləsi qeyri mümkündür.


islamtimes.org/az/ - Münaqişəyə son qoyacaq sonuncu razılaşmanın əldə ediləcəyi haqqında suala respondentlərin 79.7%-i mənfi cavab verib və yalnız 6.2% müsbət cavab verib.

Cümə günü dərc edilən sorğu İsrail tədqiqat inistitutu olan Hagal Hahadash tərəfindən İSrail cəmiyyətinin 500 təmsilçisi arasında aparılmışdır.

Respondentlərin 77.5%-i deyib ki, onlar İsrail hökumətinin sülh danışıqlarına razılıq verməsinə və fələstinli məhbusları azad etməsinə razı deyillər.
Sadəcə 14.2 faizi deyib ki, onlar məhbusların azad edilməsinin tərəfdarıdırlar.

İsrailin keçən həftə işğal edilmiş Fələstin torpaqları Qüds və Qərb Sahilində minlərlə qeyri qanuni qəsəbələrin salınması haqqında qərarına baxmayaraq Fələstin hökumətinin başçısı Məhmud Abbas ABŞ-ın vasitəçiliyi ilə İsrail rəsmiləri ilə danışıqları davam etdirməyi qərara alıb.

Ancaq fələstinlilərin əksəriyyəti təkid edərək bildiriblər ki, Abbas özünün əvvəlki məskunlaşmanın təmamilə dayandırılması şərtininin üstündə durmalıdır.

Müşahidəçilərin bildirdiyinə əsasən İsrailin danışıqlar ərəfəsində 3000 yeni qəsəbənin salınması haqqında qərarı göstərir ki, Tel Əviv beynəlxalq qanun tərəfindən qeyri qanuni hesab edilən işğal edilmiş ərazilərdə məskunlaşma siyasətini dayandırmaq niyyətində deyil.

Abbasın heç bir şərt olmadan danışıqlara razı olması birtərəfli addım kimi dəyərləndirilir və milli ictimaiyyət tərəfindən qınanılıq.

Abbasın bu qərarı artıq Həmas, Fələstin İslami Cihad və bir çox Fələstin qrupları tərəfindən rədd edilib.


Story Code: 293693

News Link :
https://www.islamtimes.org/az/news/293693/sorğu-israillilərin-80-i-fələstin-ilə-sülhün-qeyri-mümkün-olduğunu-hesab-edir

Islam Times
  https://www.islamtimes.org