0
Monday 19 August 2013 - 09:47

BMT baş katibi İran prezidentini ABŞ-a səfərə dəvət edib

Story Code : 293768
BMT baş katibi İran prezidentini ABŞ-a səfərə dəvət edib
APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə tərəflər Misirdə baş verən hadisələr başda olmaqla, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

M. Zərif İranın Misirdəki hazırkı vəziyyətdən ciddi narahat olduğunu deyərək, bu ölkədə müdafiəsiz xalqın qətlə yetirilməsini qınayıb və qarşıdurmaların, qan tökülməsinin dərhal dayandırılmasının lazım olduğunu bildirib. İran rəsmisi Misirdəki mövcud vəziyyəti təhlükəli və faciə kimi xarakterizə edib: “Misirdə getdikcə şiddətlənən qarşıdurmalar və gərginliyin qarşısının alınması üçün beynəlxalq səylərin güclənməsi lazımdır. Bu ölkədə böhrana son qoymağa kömək etmək üçün dinc yolların tapılması zəruridir”.

P. G. Mun isə öz növbəsində rəhbərlik etdiyi təşkilatın Misirdəki mövcud problemi aradan qaldırmaq üçün səylərinə toxunaraq, məsələnin dinc yollarla nizamlanması mövzusunda BMT-nin cəhdləri barədə məlumat verib. O, M.Zərifi İranın xarici işlər naziri vəzifəsinə təsdiqlənməsi münasibətilə təbrik edərək, İran prezidenti Həsən Ruhanini bu ilin sentyabrında Nyu-York şəhərində keçirilməsi planlaşdırılan BMT Baş Assambleyasının illik sessiyasında iştirak etmək üçün ABŞ-a səfərə dəvət edib.
Comment