QR CodeQR Code

Kərzayi Taliban ilə danışıqlara görə baş prokuroru işdən çıxardı

19 Aug 2013 13:09

IslamTimes - Əfqanıstan prezidenti Həmid Kərzayi razılaşdırılmamış şəkildə Taliban silahlı qruplaşmasının nümayəndələri ilə danışıqlar apardığına görə ölkənin baş prokuroru Muhəmməd Alokonu istefaya göndərib.


Məlumata görə, Aloko Birləşmiş Ərəb Əmirliklərində Taliban nümayəndələri ilə görüşlər keçirib. O, dinc razılaşmanın əldə edilməsi üçün təşkilat rəsmiləri ilə danışıqlar aparıb. Görüşün nə zaman keçirildiyi açıqlanmayıb.
 
Kərzayi bildirib ki, Əfqanıstan Ali Sülh Şurası Taliban ilə Qətərdə danışıqlar aparacaq. Lakin, indiyə qədər bu danışıqlar baş tutmayıb. /Deyerler/


Story Code: 293831

News Link :
https://www.islamtimes.org/az/news/293831/kərzayi-taliban-ilə-danışıqlara-görə-baş-prokuroru-işdən-çıxardı

Islam Times
  https://www.islamtimes.org