0
Wednesday 21 August 2013 - 12:33

Vəkil: “Belə rəyin verilməsində qeyri-adi bir şey yoxdur”

Story Code : 294456
Hacı Tale Bağırov
Hacı Tale Bağırov
Bu barədə məlumatı İslamazeri.az İnternet Qəzetinə hacı Tale Bağırovun vəkili Cavad Cavadov verib.

Vəkil Cavad Cavadov saytımıza Tale bağırovun işi ilə bağlı açıqlamasında bildirib ki, “Biz hələ ekspertiza rəyi ilə tanış olmamışıq. Amma ümumi məlumat var ki, rəy istintaqın xeyrinədir. Guya Tale Bağırovun etdiyi tənqidi çıxışlarda dövlət əleyhinə olan, milli-irqi ayrıseçkiliklə bağlı fikirlər var. Yəqin ki bununla bağlı yeni ittihamlar irəli sürüləcək.
Hətta ola bilər ki, istintaq orqanı da dəyişsin. Yəni ola bilər iş baş prokurorluğa keçsin.
Bizim münasibətimiz isə budur ki, bunların ola biləcəyin ehtimal verirdik. Çünki iş ekspertizada idi və ekspertizanı da Dini Qurumlar Üzrə Dövlət Komitəsi aparırdı.
Birmənalı olaraq bildirirəm ki, ekspertiza rəyi tamamilə əsassızdır. Tale Bağırovun çıxışlarında sərt sözlər ola bilər, amma dövlət əleyhinə, milli-dini ayır seçkiliklə bağlı çağırışlar qətiyyən ola bilməz.
Belə bir rəyin verilməsində artıq qeyri-adi bir şey yoxdur. Çünki belə rəylər Abgül Süleymanovun, jurnalist Nicat Əliyevin, jurnalist Hilal Məmmədovun və saya biləcəyim yüzlərlə insanın işində olub.
Ekspertlərin bu yalan rəylərindən artıq istintaq orqanları da alət kimi istifadə edir. Yəni istədikləri ittihamı vermək üçün bu cür köməkçi vasitələrdən istifadə edirlər.
Biz təbii ki, bununla sona qədər mübarizə aparacağıq və rəy onu göstərir ki, Tale Bağırov məhz çıxışlarına görə həbs olunub. Yəni narkotik ittihamı Tale Bağırovun işində sadəcə olaraq bəhanədir. Bu son dövrlərdə mövcud olan ssenaridir. Fikir versəniz ilk öncə insanları narkotiklə tuturlar, daha sonra əlavə ittiham artırırlar.
Biz bunu pisləyirik və hesab edirik ki, bu azad söz danışanları susdurmaq üçün atılan addımlardır. Biz sivil formada, qanunvericilik çərçivəsində, hüquqi müstəvidə öz mübarizəmizi davam etdirəcəyik. “
Source : Islamazeri
Comment