0
Friday 23 August 2013 - 09:36

"Suriyada kimyəvi silahdan hakimiyyətə qarşı vuruşan döyüşçülər istifadə edib”

Story Code : 295028
"Suriyada kimyəvi silahdan hakimiyyətə qarşı vuruşan döyüşçülər istifadə edib”
“Suriya hökumətinin kimyəvi silahdan istifadə etməsi ilə bağlı iddiaların nə dərəcədə həqiqət olduğu BMT müşahidəçilərinin apardığı araşdırmalardan sonra meydana çıxacaq”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə bildirib. Suriyada olan BMT müşahidəçilərinin fəaliyyətinin ölkədə baş verən böhranın siyasi yolla həllinə dəstək olacağına ümid etdiyini söyləyən Rusiya XİN rəsmisi bildirib ki, Suriya hökuməti mümkün olduqca BMT müşahidəçiləri ilə işbirliyi qurmağa hazırdır: “Hökumət onlara hər cür  dəstək göstərir. Kimyəvi silahın hökumət tərəfindən istifadə edilməsi ilə bağlı iddiaların müstəqil BMT müşahidəçiləri tərəfindən araşdırılmasını dəstəkləyirik”.      
 
Aleksandr Lukaşeviç Dəməşq yaxınlığında kimyəvi silahdan hakimiyyətə qarşı vuruşan döyüşçülərin istifadə etdiyini söyləyib: “Dəməşqə kimyəvi başlıqlı raket onlar tərəfindən atılıb. Bu, martın 19-da Xan Əl-Əsalədə terrorçuların istifadə etdiyi silahla eynidir. Bütün bunlar rejim əleyhdarlarının BMT Təhlükəsizlik Şurasının (TŞ) tələblərinə qarşı çıxması üçün bəhanədir və avqustun 28-də keçirilməsi planlaşdırılan “Cenevrə-2” konfransının çağırılması şansını azaldır”.
 
XİN rəsmisi imkanı olan hər kəsi ekstremistlərin kimyəvi silahların tətbiqinə və təxribatlara son qoymağa çağırıb: “Bir sıra KİV-lər o dəqiqə elə bil haradansa əmr almış kimi bütün məsuliyyəti hökumətin üstünə qoymaqla aqressiv informasiya hücumuna keçib. Bütün bunlar onu deməyə əsas verir ki, bu informasiyanı yayanlar növbəti dəfə qabaqcadan hazırlanmış təxribatla məşğul olur”.  
 
A. Lukaşeviç hal-hazırda Suriyada yaraqlıların sayının 2000-ci illərin ortalarında İraqda olan yaraqlıların sayından çox olduğunu söyləyib: “Əl-Qaidə ilə bağlantılı olan terror qruplarının fəaliyyəti artıq həyəcan təbili çalmağa əsas verir. Təəssüflər olsun ki, bu terror fəaliyyətləri yüksək səviyyədə dəstəklənir”.
Comment