QR CodeQR Code

Hələb şəhərində 10 nəfər restoranda törədilmiş partlayışın qurbanı olub

23 Aug 2013 11:48

IslamTimes - Avqustun 22-də Suriyanın Hələb şəhərində 10 nəfər restoranda törədilmiş partlayışın qurbanı olub.


APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze şəhərin idman komplekslərindən birinin yanında yerləşən Kabo Grillo restoranına daxil olaraq  özünü partladıb. Partlayış baş verən zaman yerli məktəbin məzunları restoranda banket keçirirmiş.   
 
Qeyd edək ki, Hələb münaqişədən əvvəl Suriyanın iqtisadi paytaxtı və iri sənaye mərkəzi idi.


Story Code: 295047

News Link :
https://www.islamtimes.org/az/news/295047/hələb-şəhərində-10-nəfər-restoranda-törədilmiş-partlayışın-qurbanı-olub

Islam Times
  https://www.islamtimes.org