QR CodeQR Code

Vasif Talıbovdan daha bir inanılmaz addım

24 Aug 2013 17:27

IslamTimes - “Xan” Naxçıvanda bütün internet-klubları bağlatdırır.


Dünəndən Naxçıvan şəhərində bütün internet-klubların bağlanılmasına başlanılıb. Bu barədə “Turan” məlumat yayıb.
Bağlanan obyektlərin sahibləri bildiriblər ki, bu göstəriş Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən gəlib. Bununla belə qadağanın səbəbi barədə heç bir açıqlama və ya izahat verilmir.
Bu gün səhərdən isə muxtar respublikanın digər şəhər və kəndlərindəki internet-klublar da bağlanıb. Yerli müxalifətçilərin fikrincə, bu, qarşıdan gələn prezident seçkiləri ilə bağlıdır. Çünki son vaxtlar Naxçıvanda sosial şəbəkələrdən istifadə halları xeyli artıb, fəal istifadəçilər çoxalıb. Hakimiyyət orqanları internet vasitəsilə stimullaşdırılan kütləvi etirazların təşkilindən ehtiyatlandıqları üçün bu addımı atırlar.
Qeyd edək ki, bu, Naxçıvan “xan”ı Vasif Talıbovun ilk belə əcaib göstərişi deyil. İndiyə qədər də Naxçıvanda belə qeyri-adi qadağalar tətbiq olunub. V.Talıbov insanların toplaşa biləcəyi sosial obyektləri - kafeləri, çayxanaları, hətta bərbərxanaları da bağlatdırıb. Küçədə bir neçə nəfərin bir yerdə gəzməsi hallarına qadağa qoyulduğu vaxtlar da olub. Hətta balkonlardakı zivədən paltar asmaq, yas məclislərində ehsan vermək, təndirdə çörək bişirmək də Naxçıvanda yasaq edilən məsələlərdir... 


Story Code: 295320

News Link :
https://www.islamtimes.org/az/news/295320/vasif-talıbovdan-daha-bir-inanılmaz-addım

Islam Times
  https://www.islamtimes.org