0
Saturday 24 August 2013 - 13:57

Siyasi ekspert: Kimyəvi silahdan hücum ittihamı İsrailin növbəti anti-Suriya planıdır

Story Code : 295401
Siyasi ekspert: Kimyəvi silahdan hücum ittihamı İsrailin növbəti anti-Suriya planıdır
Siyasi ekspert: Kimyəvi silahdan hücum ittihamı İsrailin növbəti anti-Suriya planıdır
Siyasi ekspert olan Kevin Barret deyib: “İsrail müdafiə naziri Moşe Yalonun dünya ictimaiyyətinin nəzərini Suriya kimyəvi silah qırğınına yönəltmək cəhdi buna işarədir ki, bu hadisə İsrailin növbəti oyunlarından biridir.”

Çərşənbə günü kimyəvi silahdan hücum nəticəsində 1300 insanın həlak olması haqqında xəbərlər yayıldıqdan bir neçə saat sonra Yalon dərhal Suriya prezidenti Bəşər Əsədi xaricdən dəstək alan üsyançılara qarşı kimyəvi silahdan istifadə etməkdə ittiham etdi.

Suriya ordusu kimyəvi silahdan istifadə ittihamını kəskin şəkildə rədd etmiş və demişdir ki, bu hadisə Suriyaya səfər edən BMT kimyəvi silah ekspertlərini çadırma üçün qəsdən törədilib.

Yalon həmçinin Suriya münaqişəsini hakim Ələvi azlığı ilə Müsəlman Qardaşları və əl Qaidə üzvləri də daxil olmaqla sünni müxalifət arasında gedən bir münaqişə kimi təsvir etmiş və demişdir ki, sonda Suriya Sünni, Şiə və Kürdlərin rəhbərlik etdiyi ərazilərə bölünəcək.

Barret deyib ki, Yalonun açıqlaması Suriyadakı vəziyyəti heç də düzgün təsvir etmir, əksinə Yalonun dediyi Suriyada həyata keçirmək istədikləri plandır.

Analitik sonda deyib ki, Misirin keçmiş diktatoru Hüsni Mübarəkin azadlığa buraxılması da Sionist rejiminin planıdır.
Source : Islamtimes
Comment