0
Sunday 25 August 2013 - 08:08

“Suriya hakimiyyəti BMT müfəttişlərini kimyəvi silah istifadə olunmuş əraziyə buraxacaq”

Story Code : 295438
“Suriya hakimiyyəti BMT müfəttişlərini kimyəvi silah istifadə olunmuş əraziyə buraxacaq”
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bunu ötən gün İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bəyan edib.
 
Qeyd edək ki, İranın xarici işlər naziri avqustun 24-də suriyalı həmkarı Valid Müəllimlə danışıqlar aparıb.
 
İran XİN rəhbərinin sözlərinə görə, Valid Müəllim ona bildirib ki, “terrorçu qrupların kimyəvi silah istifadə etdiyi ərazilərə baş çəkmək üçün şərait yaratmaq üçün Suriya hökuməti hazırda Dəməşqdə olan BMT ekspertlərinin missiyası ilə əməkdaşlıq edəcək”.
 
Hazırda Dəməşq bu səfəri BMT missiyası ilə müzakirə edir, deyə İran XİN rəhbəri bildirib.
Comment