QR CodeQR Code

Suriya televiziyası üsyançılara məxsus kimyəvi maddələri nümayiş edib

25 Aug 2013 11:29

IslamTimes - Suriya Dövlət Televiziyası bu gün Dəməşqin şərqindəki Cobar rayonunda aşkarlanmış üsyançılara məxsus kimyəvi maddələri və preparatları nümayiş edib.


Yayımlanan kadrlarda bir neçə plastik kanistr, ağ tozla dolu kisələr, maye qaz üçün nəzərdə tutulan metal qablar və balonlar, qumbaralar, mərmilər və əleyhqazlarla dolu qutular əks olunub. İki ədəd metal qabın üzərində “Səudiyyə Ərəbistanında istehsal olunub” sözləri həkk olunub. Bundan başqa, kadrlarda Qətər və Almaniyanın “QG” müştərək şirkətinin istehsalı olan şpris və iynələrlə dolu qutular da əks olunub. Həmçinin ABŞ istehsalı olan inyeksiyalar üçün nəzərdə tutulmuş iki büküm adı çəkilməyən tibbi preparat da nümayiş olunub.     

Bundan əvvəl Suriyanın SANA dövlət xəbər agentliyinin verdiyi xəbərə görə, üsyançılar hökumət ordusuna qarşı zəhərli maddələr istifadə edib, nəticədə bir neçə əsgər zərər çəkib. 
 
Hazırda Cobarda üsyançılar və hökumət ordusunun birləşmələri arasında qızğın döyüşlərin getdiyi bildirilir. 


Story Code: 295474

News Link :
https://www.islamtimes.org/az/news/295474/suriya-televiziyası-üsyançılara-məxsus-kimyəvi-maddələri-nümayiş-edib

Islam Times
  https://www.islamtimes.org