0
Sunday 25 August 2013 - 15:29
Britaniyalı millət vəkili:

İsrail Suriyadakı terroristləri kimyəvi silah ilə təmin edir

Story Code : 295577
İsrail Suriyadakı terroristləri kimyəvi silah ilə təmin edir
İsrail Suriyadakı terroristləri kimyəvi silah ilə təmin edir
Parlament üzvü George Gallovey deyib: “Əgər sinir qazından istifadə olunubsa bunu mütləq üsyançılar edib. Əgər kimyəvi silahdan istifadə olunubsa, bunu mütləq əl Qaidəyə bağlı qruplar edib. ”

Gallovey əlavə edərək deyib: “Əl Qaidəyə kim kimyəvi silahlar verib? Mənim nəzərim budur ki, İsrail onlara kimyəvi silahları verib.”

Bu arada media xəbərləri göstərir ki, Qətərin əl Cəzirə telekanalı və Röyters xəbər agentliyi Dəməşqdə qırğın baş verməmişdən bir gün əvvəl qırğın haqqında məlumat vermişdilər.

Məlumatlara əsasən xaricdən dsətək alan terroristlər kimyəvi silahdan istifadəni elan etməmişdən və Suriya hökumətini bu hücumda ittiham etməmişdən qabaq hadisə haqqında onlarla videonu internetə yerləşdirmişdilər. Bu sübutlar göstərir ki, terroristlər qadın və uşaqlar da daxil olmaqla insanları qətlə yetirmiş, sonra bunları çəkmiş və dünya ictimaiyyətini aldatmaq üçün internetə yerləşdirmişdilər. Ancaq onların bütün bunları tələsik etmələri onları ifşa edib.

Sual budur ki, niyə Suriya hökuməti və ordusu BMT-nin kimyəvi silahlardan istifadə hallarını araşdıran müfəttişləri Suriyada olduqları bir zamanda bu cür silahdan istifadə edərək kütləvi qırğın həyata keçirsin?

Məxsusi Ərəb dövlətlərinə xidmət edən xaricdən dəstək alan üsyançılar və muzdurlar Bəşər Əsəd hökumətinə qarşı bu ittihamları etməklə Liviyaya olduğu kimi Suriyaya da xarici hərbi müdaxiləni gerçəkləşdirmək istəyirlər.

Qətərin əl Cəzirə televiziyası naməlum mənbədən aldığı məlumatı əsasə götürərək Suriya ordusunun kimyəvi silahdan istifadə etdiyini bildirmişdir.
Xaricdən dəstək alan terroristlərə məxsus veb səhifə də həmçinin hücum haqqında videolar yerləşdirmiş və demişdir ki, Bəəs rejimi təxminən 03:30 radələrində Dəməşqdə Şərqi Qouta ərasizində kimyəvi silahdan istifadə edərək hücum edib.

Eyni vaxtda terroristlərə məxsus Youtube hesabı olan “Shamsnn” 20 avqust 03:00 və 04:00 arasında hadisəni nümayiş etdirən onlarla video yüklədi. Suriya hökumətini və ordusunu 21 avqust tarixində bu hadisəni törətməkdə ittiham edənlər bütün bu ssenarinin arxasında duran əsl insanlardır.

Əgər kimyəvi silahdan hücum 20 avqust 03:30 radələrində baş veribsə, bu zaman bu cür dəhşətli hadisəni yüksək keyfiyyətli görüntü ilə çəkərək dərhal da internetə yerləşdirliməsi qeyri mümkündür.

Bu səbəbdən də bütün sübutlar göstərir ki, xaricdən dəstək alan üsyançılar bu qırğını həyata keçirmiş, sonra da əl Cəzirə, əl Ərəbiyyə, Sky Nyus və Röyters kimi telekanallara üz tutaraq bu qırğında Suriya hökumətini ittiham ediblər.

Ömürlərinin son günlərini yaşayan terroristlərin bu cinayəti törətdiklərinin digər bir sübutu budur ki, onlar qadın və uşaqlar da daxil olmaqla günahsız insanları bir yerə toplamış, sarin qazından istifadə edərək onları qətlə yetirmiş, sonra onları çəkərək internetə yaymış və Suriya hökumətini bu qırğında ittiham etmişdir.
Source : Islamtimes
Comment